SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
AMEA-nın 80 illiyində elmin gələcəyinə baxış: Prezidentdən alimlərə mühüm mesajlar və yeni məsuliyyət
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı ölkənin elmi siyasətinə yeni baxış təqdim etdi.
Milli Məclisin deputatı Kamal Cəfərov mövzu ilə bağlı bildirib ki, Prezident İlham Əliyevin çıxışı elmin, texnologiyanın və milli dəyərlərin vəhdətini göstərən strateji proqram xarakteri daşıyır.
“Cənab Prezidentin mesajları bir daha sübut edir ki, elm artıq təkcə nəzəri deyil, iqtisadi və təhlükəsizlik sahələrinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Məncə, bu çağırış həm alimlər, həm də gənc nəsil üçün yeni məsuliyyət yaradır,” – deyə Kamal Cəfərov qeyd edib.
Onun sözlərinə görə, texnoloji inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrinə diqqətin artırılması Azərbaycanın qlobal proseslərdən geri qalmaması üçün həyati vacibdir:
“Prezidentin “texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır” fikri bu sahəyə strateji baxışın təməlini qoyur. Elm və innovasiya ölkənin təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilməlidir.”
Kamal Cəfərov əlavə edib ki, Prezidentin Azərbaycan dilinin saflığı və milli kimliyin qorunması barədə fikirləri hər bir ziyalı üçün çağırışdır:
“Elm nə qədər inkişaf etsə də, dil və kimlik unudularsa, milli dayaqlar sarsılar. Prezidentin bu sahədəki narahatlığı cəmiyyətin mənəvi təhlükəsizliyi baxımından olduqca vacibdir.”
Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycan alimlərini texnoloji, iqtisadi və humanitar sahələrdə fəallığa səsləyərək vurğuladı ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycanın valyuta ehtiyatları və iqtisadi dayanıqlığı elmi və texnoloji layihələrin daha da genişləndirilməsinə imkan yaradır.